Siyasət

Tramp: İran ya təslim olacaq, ya da...

Tramp: İran ya təslim olacaq, ya da...

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin gedişatı barədə sərt açıqlamalar verib. Təyyarə göyərtəsində jurnalistlərin suallarını cavablandıran Ağ Ev rəhbəri rəsmi Tehranın hərbi potensialının ciddi zərbə aldığını bildirib.

Demokrat.az xəbər verir ki, ABŞ-nin münaqişədə rəqibi üzərində böyük üstünlük qazandığını qeyd edən Trampın fikrincə, qarşı tərəfin vəziyyəti kritik həddə çatıb. O, İranı "şər imperiyası" adlandıraraq, onların hərbi gücünün məhv edildiyini iddia edib. Trampın sözlərinə görə, ABŞ-nin tələb etdiyi qeyd-şərtsiz təslim artıq qaçılmazdır.

"Onların rəhbərliyini dəfələrlə məhv etmişik. Nəticədə ya təslim olacaqlar, ya da hərbi baxımdan artıq təsirsiz vəziyyətə düşəcəklər", — deyə ABŞ lideri vurğulayıb.

Prezidentin bu bəyanatı münaqişənin yeni və daha gərgin mərhələyə keçdiyini göstərir. İranın hərbi baxımdan yararsız hala düşdüyünü əminliklə söyləyən Ağ Ev rəhbərinin bu mövqeyi regiondakı geosiyasi tarazlığın dəyişə biləcəyinə dair müzakirələri daha da alovlandıracaq. Görünür, Tehranın qarşısında qoyulan şərtlərin icrası üçün vaxt daralır. (qafqazinfo)

Demokrat.az

NE
Nihadə Eyyubova