Wang Yi Tayvanın heç vaxt dövlət olmadığını və gələcəkdə də belə status qazanmayacağını bildirib.
Demokrat.az-ın məlumatına görə Çinin xarici işlər naziri Pekində keçirilən mətbuat konfransında çıxışı zamanı Tayvan məsələsinə də toxunub. O bildirib ki, ada ilə bağlı mövqe dəyişməz olaraq qalır.
“Tayvan heç vaxt dövlət olmayıb, hazırda da deyil və gələcəkdə də olmayacaq”, – deyə Wang Yi bildirib.
Nazirin sözlərinə görə, Tayvan tarixən Çinin ayrılmaz hissəsi hesab olunur və “vahid Çin” prinsipi beynəlxalq münasibətlərin əsas siyasi təməllərindən biridir.
O qeyd edib ki, Tayvanın müstəqilliyini təşviq edən addımlar bölgədə sabitliyə təhlükə yaradır və Pekin ölkənin ərazi bütövlüyünü qorumaq mövqeyində qalacaq.
İslam Demokrat.az


