Naxçıvanda “TikTok” sosial şəbəkəsində ictimai əxlaq qaydalarına zidd paylaşımlar edən 3 nəfər məsuliyyətə cəlb olunub.
Demokrat.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində sosial şəbəkədə milli-mənəvi dəyərlərə uyğun olmayan görüntülər paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənova müəyyən edilərək saxlanılıblar.
Həmçinin oxu: 13-cü dəfə burun əməliyyatı oldu Xəyalə Quliyeva “Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu 'Elif' əri öləndən sonra ilk dəfə bu şəxslə münasibətə başladı — FOTO
Araşdırma zamanı onların şəxsi hesablarında cəmiyyətə açıq hörmətsizlik kimi qiymətləndirilən və etik normalara uyğun gəlməyən videolar yaydıqları müəyyən edilib. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə V.Mahmudova və L.Əliyeva 10 sutka müddətinə inzibati qaydada həbs olunub. S.Həsənova barəsində isə 750 manat məbləğində cərimə tətbiq edilib.
Bildirilir ki, sosial media platformalarında ictimai asayişin və əxlaq normalarının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Qanunvericiliyin tələblərinə zidd paylaşımlara hüquqi qiymət verilir və məsul şəxslər barədə müvafiq tədbirlər görülür.
Demokrat.az


