ABŞ və İsrailin birgə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində İranın ali dini rəhbəri Əli Xamenei ilə birlikdə onun 14 aylıq nəvəsi də həlak olub. İranın "Tasnim" agentliyi kiçik Zəhra Məhəmmədi Gülpayeqaninin fotosunu paylaşaraq onun babası ilə birlikdə həyatını itirdiyini təsdiqləyib.
Demokrat.az xəbər verir ki, israil rəsmilərinə istinadən yayılan məlumatlara görə, Əli Xameneinin cənazəsi səhər saatlarında endirilən zərbədən sonra sığınacağın dağıntıları altından çıxarılıb. Hadisə zamanı onun digər ailə üzvləri, o cümlədən kürəkəni və gəlini də dünyasını dəyişib.
Qeyd edək ki, martın 1-nə keçən gecə İran rəsmi şəkildə ali rəhbərin ölümünü təsdiqləyib. Ölkədə 40 günlük ümummilli matəm və yeddi günlük qeyri-iş günü elan edilib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu hadisəyə cavab olaraq ölkə tarixinin ən güclü hücum əməliyyatına başlayacağını bəyan edib. Rəsmi Tehran bu itkiyə görə "sərt və qətiyyətli" qisas alınacağını vəd edib.
İslam Demokrat.az


