Şou-biznes

"İtimə səhər nehrə yağı ilə çörək verirəm"

İtimə səhər nehrə yağı ilə çörək verirəm

Tanınmış müğənni Xatirə İslam sosial şəbəkə hesabındakı son paylaşımı ilə gündəmə gəlib. Sənətçinin ev heyvanı ilə bağlı paylaşdığı görüntülər izləyicilər tərəfindən geniş müzakirə olunub və birmənalı qarşılanmayıb.

Demokrat.az milli.az-a istinadla xəbər verir ki, ifaçının itinə nehrə yağı ilə çörək verməsi bəzi sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub. İzləyicilərin bir qrupu bu addımı israfçılıq kimi qiymətləndirdiyi halda, digərləri sənətçinin şəxsi seçiminə hörmətlə yanaşmağın zəruriliyini qeyd edib.

Xatirə İslam isə ünvanına gələn rəylərə cavab olaraq ev heyvanına xüsusi qayğı göstərdiyini bildirib. O, məsələyə münasibətini belə ifadə edib: “İtimi dəyərləndirdiyim üçün ona nehrə yağı verirəm”.

Müğənninin bu açıqlaması sosial mediada mövzu ətrafında müxtəlif fikirlərin səsləndirilməsinə yol açıb.

Həmçinin oxu: 'Bu qədər insanı niyə işsiz qoyuruq? Ailələrini necə dolandıracaqlar' Mətanət Əsədova nadir xəstəliyə tutulub Yumurta qaynadarkən suya diş çöpü atın — Səbəb təəcübləndirəcək

Demokrat.az

NE
Nihadə Eyyubova