Azərbaycanın mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, keçmiş səfir İsfəndiyarVahabzadə Bakını tərk edib.
Demokrat.az“Yeni Sabah”a istinadən bildirir ki, 72 yaşlı sabiq diplomat artıq uzun müddətdir paytaxtda yaşamır.
İ.Vahabzadə məlumatı təsdiqləyib.
“Mən uzun müddətdir Bakıda yaşamıram. Paytaxta nadir hallarda gəlirəm”, - o söyləyib.
Lakin keçmiş səfir Bakıdan niyə getdiyini və hazırda harada yaşadığını açıqlamaq istəməyib.
Qeyd edək ki, İsfəndiyarVahabzadə 1954-cü ildə Bakıda anadan olub. 1997-1999-cu illərdə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri, 2005-2011-ci illərdə Moldova fövqəladə və səlahiyyətli səfiri və 2011-2016-cı illərdə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri olub.
Demokrat.az


