Bakı Neyrocərrahiyyə Mərkəzində ağır beyin əməliyyatı keçirən, hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı jurnalist Sevda Həsənovanın müalicəsi davam etdirilir.
Demokrat.az xəbər verir ki, bu barədə musavat.com-a jurnalistin özü məlumat verib: “Bir həftədir xəstəxanadayam. Dünən də reanimasiyada idim. Şükürlər olsun, yaxşılaşıram. Maraqlanan hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS-də çalışıb. O, ötən illər ərzində telekanalda bir sıra vəzifələrdə fəaliyyət göstərib.


