Maraqlı

Gəlin mehr olaraq maşın istədi, bəy qaçdı — VİDEO

Gəlin mehr olaraq maşın istədi, bəy qaçdı — VİDEO

Qazaxıstanda keçirilən nikah mərasimi gözlənilməz sonluqla bitib. Adət-ənənəyə uyğun olaraq, kəbin kəsilən zaman imam gəlindən məhr (evlilik zamanı qadının istədiyi hədiyyə və ya məbləğ) olaraq nə istədiyini soruşub. Gəlinin "Changan" markalı avtomobil tələbi isə mərasimdəki xoş ab-havanı bir anda gərginliyə çevirib.

Demokrat.az milli.az-a istinadla xəbər verir ki, bu gözlənilməz istəyi eşidən bəy heç bir söz demədən ayağa qalxaraq mərasim salonunu tərk edib. Həm gəlinin, həm də toy qonaqlarının donub qaldığı hadisənin səbəbi sonradan məlum olub. Gənc oğlan belə bir bahalı hədiyyəni qarşılamaq imkanında olmadığını və yerinə yetirə bilməyəcəyi bir öhdəliyi üzərinə götürməkdənsə, nikahdan imtina etməyi daha doğru hesab edib.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu hadisə istifadəçiləri iki cəbhəyə bölüb. Bir qisim gəlini həddindən artıq maddi maraq güdməkdə günahlandırsa da, digərləri bəyin bu qədər tez təslim olmasını tənqid edib. Hər bir halda, avtomobil xəyalı ilə başlayan mərasim yarımçıq qalan bir izdivacla yadda qalıb.

Demokrat.az

NE
Nihadə Eyyubova