“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov qəzətə məxsus saytda (Hurriyyet.org) Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun adından gedən yazını təxribat adlandırıb.
Demokrat.azbildirir ki, baş redaktor pravda.az-a açıqlamasında saytın haker hücumuna məruz qaldığını deyib.
O qeyd edib ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib: “Hazırda araşdırma aparılır. Sərdar Cəlaloğlunun adından saytda gedən yazı həqiqəti əks etdirmir, ADP sədri belə açıqlama verməyib. O yazı sayta bizim nəzarətimizdən kənar yerləşdirilib”.
Xatırlatma: Hurriyyet.org saytında Sərdar Cəlaloğlunun adından yazılıb ki, partiya sədri Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovdan tapşırıq alırmış.
Qeyd edək ki, qəzetin baş redaktoru, ADP sədri Sərdar Cəlaloğlunun bacısıoğludur.


