Cəmiyyət

Sumqayıt icrada "təmizlik" — İki nəfər işdən çıxarıldı

Sumqayıt icrada təmizlik — İki nəfər işdən çıxarıldı

Sumqayıt Şəhər İcra Hakimiyyətində ciddi struktur dəyişiklikləri və kadr yerdəyişmələri yaşanır. Qurumun daxili idarəetmə aparatında aparılan islahatlar artıq bir neçə vəzifəli şəxsin işdən kənarlaşdırılması ilə nəticələnib.

Demokrat.az-ın oxu.az-a istinadən məlumatına görə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi tamamilə ləğv olunub. Bu şöbənin ixtisar edilməsi ilə qurumun baş məsləhətçisi Rəhimdil Əhmədov vəzifəsindən azad edilib.

Struktur islahatlarının dalğası Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən də yan keçməyib. Burada baş məsləhətçi ştatı ixtisar edildiyi üçün uzun illərdir həmin vəzifədə çalışan Sevindik Əzimov da postu ilə vidalaşmalı olub.

Hələlik işdən çıxarılan hər iki şəxsin başqa bir vəzifəyə gətirilib-gətirilmədiyi və ya fəaliyyətlərini hansı istiqamətdə davam etdirəcəkləri barədə məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt İcra Hakimiyyəti alma mövzusu ilə gündəmi zəbt etmişdi.

Demokrat.az

NE
Nihadə Eyyubova