İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) rəhbər heyətdə dəyişiklik edilib. İqtisad üzrə fəlsəfə doktoru Təranə Salıfova Mərkəzin icraçı direktorunun müavini vəzifəsinə gətirilib.
Demokrat.az xəbər verir ki, Təranə Salıfova təhsil yoluna Bakı Dövlət Universitetinin tarix fakültəsində başlasa da, sonradan İqtisad Universitetində ikinci ali təhsil alaraq ixtisasını dəyişib. 2021-ci ildə dissertasiya müdafiə edərək elmi dərəcəsini təsdiqləyən mütəxəssis, uzun müddət İqtisadiyyat Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb.
Onun İİTKM-dəki karyerası da sürətli yüksəlişlə yadda qalıb. 2023-cü ildə sektor müdiri kimi fəaliyyətə başlayan Salıfova, qısa müddətdə şöbə müdiri, daha sonra icraçı direktorun müşaviri postuna qədər yüksəlib. Elmi-pedaqoji fəaliyyəti də daxil olmaqla, Təranə Salıfova həm də MBA və SABAH magistratura qruplarında dərs keçir, yerli və beynəlxalq mətbuatda çap olunan 25-dən çox məqalənin müəllifidir.
Demokrat.az


