Siyasət Özəl

Xameneinin müşaviri Azərbaycanı hədələdi

Xameneinin müşaviri Azərbaycanı hədələdi

İranın ali liderinin müşaviri Əli Şamxani rəsmi Bakının regional layihələri və xarici tərəfdaşları ilə bağlı kəskin xəbərdarlıqlar səsləndirib.

Demokrat.az xəbər verir ki, o "Əl-Mayadin"ə geniş müsahibəsində Azərbaycanı təhdid edib. Şamxani xüsusilə Zəngəzur dəhlizi məsələsini İranın milli maraqlarına "qırmızı xətt" elan edərək, bölgədə sərhəd dəyişikliyinə imkan verməyəcəklərini bildirib.

Şamxaninin bəyanatlarında diqqət çəkən əsas məqam Azərbaycanın İsrail ilə hərbi əməkdaşlığına verdiyi reaksiyadır. O, qonşu ölkələrin ərazisindən İrana qarşı hər hansı təhlükə yaranacağı təqdirdə, Tehranın "mənbəyində cavab verəcəyini" qeyd edərək açıq şəkildə hərbi təhdid dili istifadə edib. Şamxani həmçinin iddia edib ki, bəzi regional layihələr İranın Ermənistanla birbaşa coğrafi əlaqəsini kəsməyə yönəlib və bu, İran üçün qəbuledilməzdir.

Əli Şamxani İrana qarşı qeyri-dost mövqe tutan ölkələrə eskalasiya yaratmaq barədə xəbərdarlıq edib: "İrana qarşı düşmən niyyətlərini əks etdirən istənilən hərəkət uyğun, effektiv və çəkindirici cavabla qarşılanacaq".

İslam Demokrat.az

NE
Nihadə Eyyubova