Hadisə

Sabirabadda 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

Sabirabadda 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

Sabirabad sakini dəm qazının qurbanı olub.

Hadisə şəhərin Hüseyn Cavid küçəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Ələkbərova Seydanə Mirələkbər qızı hamamda olan zaman dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Demokrat.az

NE
Nihadə Eyyubova