Şou-biznes

"Hər il belə təklif alıram" — VİDEO

Hər il belə təklif alıram — VİDEO

12 il fasilədən sonra səhnəyə qayıdan müğənni Aysel Teymurzadə "Avroviziya"dan təklif aldığını deyib.

Demokrat.az xəbər verir ki, bu haqda ifaçı Axşam.az-a açıqlamasında danışıb. O bildirib ki, son bir neçə ildir hər dəfə ona Azərbaycanı müsabiqədə təmsil etmək təklifi gəlir:

"Avroviziya"ya yenidən getməktəklifləri çox alıram. Hətta demək olar ki, hər il bu təklif mənə gəlir. Getmirəm. Bəzi səbəblərim var. Yəqin sizlər də bunu bilirsiniz. Bəlkə, bir gün gedərəm. Hələ vaxtı olduğunu hiss etmirəm".

Qeyd edək ki, Aysel məşhur müğənni Araşla birlikdə 2009-cu ildə ölkəmizi "Avroviziya" müsabiqəsində təmsil edib. Onlar "Always" mahnısı ilə üçüncü yerdə qərarlaşıblar.

Bu gönderiyi Instagram'da gör

Axsam.az_magazine (@axsam.az_magazine)'in paylaştığı bir gönderi

NE
Nihadə Eyyubova