Hindistanda yayılan ölümcül Nipah virusu ilə bağlı xəbərdarlıq edilib.
Demokrat.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xəstəlik ilkin mərhələdə əlamətsiz keçə, daha sonra isə sürətlə ağırlaşa bilər.
Yoluxma zamanı yüksək hərarət, güclü baş və əzələ ağrıları, halsızlıq və ürəkbulanma müşahidə olunur. Ağır hallarda virus sinir sistemini zədələyərək şüur pozğunluğu, qıcolma və tənəffüs çatışmazlığına səbəb ola bilər. İnkubasiya dövrü əsasən 4–14 gün təşkil edir. Azərbaycanda hazırda Nipah virusu ilə bağlı yoluxma halı qeydə alınmayıb.
Jalə Demokrat.az


