Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektindəki obyektdə baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
*** 12:13
Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb.
Demokrat.az-ın xəbərinə görə, rayonunun Ziya Bunyadov prospektində obyektdə yanğın baş verib.
Saytımızın sorğusuna FHN-in Mətbuat xidmətindən bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Leyla Turan Demokrat.az


