Şou-biznes

"Emili bu hala gətirən müğənni idi"

Emili bu hala gətirən müğənni idi

"EmilRəhmanoğlunu bu vəziyyətə gətirən ona paxıllıq edən müğənni idi. İnsanlar qabağa gedəndə bəziləri paxıllıq edir, bunu həzm edə bilmirlər. Hansısa pis bir şey varsa, aparıb o yola alışdırırlar. Emili o hala gətirənə qədər müğənni ondan əl çəkmədi. Evini yıxdı, bədbəxt etdi və gənc yaşında dünyasını dəyişdi".

Axşam.az xəbər verir ki,bu sözləri aparıcı Elgiz Əkbər"Elgizlə izlə" verilişində Əməkdar artist Rəhman Rəhmanovun mərhum oğlu, müğənni EmilRəhmanoğludan danışarkəndeyib. O, həmin ifaçının kimliyiniaçıqlamasa da, Emilin sağlam və dayanıqlı bir orqanizmininolduğunu qeyd edib:

"Bir dəfə dəhşətli bir vəziyyətdə idi, Emili həkimə aparmışdım. Həkim palatadançıxdı və dedi ki, "Bu oğlanın canı necə də sağlamdır. Emilin qəbul etdiklərini, fil etsə, dizlərini yerə qoyar. Nə yaxşı ki, hələ də sağdır". Bu cür sağlam, ürəyi gözəl olan istedadlı uşağı yoldan çıxardılar".

Xatırladaq ki,Emil Rəhmanoğlunun anasıUlduz xanım illər əvvəl "Günə son" verilişində"Emilin narkotik asılılığı toy məclislərinə gedib-gəlməklə başladı. 2005-ci ildə Emil "Azəristar" mahnı yarışmasına qatılmışdı. Az da olsa, müsabiqə də onu lazımsız "kruqlara" saldı"sözlərinidemişdi.

Qeyd edək ki, Emin Rəhmanoğlu 2023-cü ildə xəstəxanadadünyasını dəyişib. Onunölümünə səbəbürəyində yaranantrombolub.

NE
Nihadə Eyyubova