Kriminal Özəl

Bakıda arvadını döyən 53 yaşlı kişiyə hökm oxundu

Bakıda arvadını döyən 53 yaşlı kişiyə hökm oxundu

Bakının Xəzər rayonunda 53 yaşlı kişi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Türkan qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Bəxtiyar həyat yoldaşı Nuranə ilə mübahisə edib.

Aralarında baş vermiş mübahisə zəminində yumruqla arvadının sifət nahiyyəsindən bir neçə dəfə qəsdən vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, etdiyi əməldən peşman olduğunu, qadınla barışdığını deyib.

İş üzrə zərərçəkmiş Nuranənin sözlərinə görə, Bəxtiyarla olan birgə nigahdan 2 övladları var:

“Bəxtiyar mütəmadi olaraq spirtli içki qəbul etdiyindən aramızda mübahisələr yarandı. Hadisə günü saat təxminən 17 radələrində yaşadığımız evdə olan zaman Bəxtiyar sərxoş vəziyyətdə mənimlə mübahisə etməyə başladı və ünvanıma nalayiq söyüşlər söyərək təhqir etdi. Yumruqla sifət nahiyyəmdən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdi. Bu vaxt Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə hadisə barədə məlumat verdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Bəxtiyar 9 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova