"İdxal rüsumu ilə bağlı dəyişikliklər qiymət artımına səbəb olacaq. Çünki istənilən rüsum, gömrük və ya vergi artımı avtomatik olaraq məhsulun maya dəyərinə əlavə olunur və nəticədə bu yük istehlakçının üzərinə düşür".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib
O, bildirib ki, idxal olunan və ya yerli istehsal olunan məhsullardan asılı olmayaraq, bütün bu xərclər son qiymətə təsir göstərir:
"Bu səbəbdən yaxın həftələrdə bazarda təxminən 10 faizə yaxın bahalaşma gözlənilir. Yəni hazırda 22 manat olan məhsulun qiyməti 25 manata, 25 manat olan məhsulun qiyməti isə 28 manata qədər yüksələ bilər. Bu isə ailə büdcələrinə əlavə yük yaradacaq və xüsusilə də gündəlik istehlak məhsullarında daha çox hiss olunacaq".
Əfsanə Kamal Demokrat.az


