Region

Əkrəm İmamoğlunun həbs müddəti uzadılıb

Əkrəm İmamoğlunun həbs müddəti uzadılıb

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilənƏkrəm İmamoğlununişi üzrə sənədlər üzərindən aparılan həbs qətimkan tədbirinə baxış zamanı onun həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, korrupsiya işi üzrə həbsdə olan digər təqsirləndirilən şəxslər barəsində də həbs qətimkan tədbiri uzadılıb.

Qeyd edək ki, ötən ilin iyulun 16-daƏkrəm İmamoğlu1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Əkrəm İmamoğluna “terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq”dan bəraət versə də, “vəzifə borcunu yerinə yetirdiyinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək” maddəsi ilə 1 il 5 ay 15 gün, “hədə-qorxu” maddəsi ilə isə 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.

NE
Nihadə Eyyubova