“Keşlə” danışılmış oyunlara görə cəzalanan məşqçisi ilə yollarını ayırdı

İDMAN 27 dek 2019, 23:34

“Keşlə” danışılmış oyunlarla əlaqədar AFFA İntizam Komitəsi tərəfindən futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulan 2 əməkdaşı ilə müqaviləyə xitam verib.


Bu barədə “Report”a paytaxt təmsilçisinin Mətbuat xidmətindən məlumat verilib.


“Keşlə” əsas komandanın məşqçisi Mehman Babayev və klub rəsmisi Asəf Səfərovla vidalaşıb.


Qeyd edək ki, adıçəkilən şəxslər 2017-ci ildə “Binə” Futbol Klubunda çalışarkən oyunların manipulyasiyasında iştirak etdiklərinə görə bir müddət əvvəl hüquq-mühafizə orqanlarına izahat veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top