Sosial

Amnistiya aktının icrasına başlanılıb — YENİLƏNİB

Amnistiya aktının icrasına başlanılıb — YENİLƏNİB

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktının icrasına başlanılıb.

Demokrat.az xəbər verir ki, Amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində həyata keçirilir.

*** 08:09

Bu gündən Amnistiya aktının icrasına başlanılır.

Demokrat.az xəbər verir ki, cəzaçəkmə müəssisələrindən rəsmi şəxslərin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin də iştirakı ilə məhkumların bir qismi azad ediləcək.

Qeyd edək ki, dekabrın 19-da Milli Məclis "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" qərar qəbul edib.

Xatırladaq ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.

NE
Nihadə Eyyubova