Şou-biznes

Rəqsanə əməliyyat olunacaq

Rəqsanə əməliyyat olunacaq

Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova yenidənbıçaq altına yatacaq.

Axşam.az xəbər verir ki, "Xəzər axşamı"verilişində qonaq olan ifaçı plastik əməliyyat etdirəcəyini bildirib. O, hazırda həkim seçimi etdiyini bildirib:

"Göz qapağı əməliyyatı etdirmişəm. İndi üzümdə əməliyyat etditmək istəyirəm. Hazırda həkim seçimini edirəm. Üz gərmə etdirmək istəyirəm. Yanağımda gellər var idi. Həssasyerdə olduğu üçün Azərbaycandakıhəkimlər onları çıxarmağa qorxduqlarını bildirdilər. Çünki sinirə toxunsanlar iflic, ola bilərdim. Ona görə də yanağımdakı gelləri Türkiyədə çıxartdırdım.İndi üz gərmə etdirəcəyəm”.

Qeyd edək ki, R. İsmayılova bu ilin avqust ayında dələduzluq ittihamı ilə həbsedilib.Noyabrın 19-da isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri evdustaqlığıilə əvəz edilib.

NE
Nihadə Eyyubova