"Ramiz Mehdiyev barədə açılan cinayət işinin necə nəticələnəcəyini artıq aidiyyəti hüquq-mühafizə orqanları müəyyən edəcək".
Bunu Demokrat.az-a açıqlamasında jurnalist Elçin Şıxlı deyib.
O, bildirib ki, məsələ yalnız hüquqi prosesdən ibarət deyil:
"Ramiz Mehdiyevin illərlə dövlət sistemində tutduğu mövqelər, onun idarəçilik üslubu və qərarları cəmiyyətdə böyük problemlər yaradıb. O, sovet dövründən başlayaraq Azərbaycan mediasına, mədəniyyətinə və ictimai fikrin formalaşmasına ciddi təsirlər göstərib. İndi başlanmış cinayət işi həmin illərin nəticəsi barədə yenidən müzakirələr yaradır".
Əfsanə Kamal Demokrat.az


