Gündəm Özəl

Borcalanların NƏZƏRİNƏ: Kredit şərtləri DƏYİŞİR

Borcalanların NƏZƏRİNƏ: Kredit şərtləri DƏYİŞİR

"Son vaxtlar bankların kredit şərtləri nəzərəçarpacaq dərəcədə sərtləşib. Bunun başlıca səbəbi Mərkəzi Bankın tələblərinin gücləndirilməsidir. Məqsəd həm əhalinin həddindən artıq borclanmasının qarşısını almaq, həm də bank sektorunda problemli kreditlərin artmasına mane olmaqdır".

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O, bildirib ki, əslində əsas məsələ də elə kreditlərin problemli kreditə çevrilməməsidir:

"Çünki banklar üçün əsas qazanc mənbəyi kreditlərdir və bank təbii olaraq daha çox kredit verməkdə maraqlıdır. Amma şərtlərin sərtləşdirilməsi onu göstərir ki, problemli kreditlərlə bağlı risklər yüksəlib və bəzi vətəndaşların borcu vaxtında qaytara bilməməsi ehtimalı artır".

Ekspert bildirib ki, buna görə banklar gəlir səviyyəsini, maliyyə öhdəliklərini və digər risk faktorlarını daha ciddi şəkildə yoxlayırlar ki, sabah verilən kredit problemli portfelə düşməsin.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova