Gündəm

AMEA-da aşan ağac girişi bağladı: İsa Həbibbəyli binaya daxil ola bilmədi — FOTO

AMEA-da aşan ağac girişi bağladı: İsa Həbibbəyli binaya daxil ola bilmədi — FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində böyük ağac aşıb.

Manset.az-ın məlumatına görə, güclü yağışlar nəticəsində ağacın kök hissəsi boşalıb və bu səbəbdən ağac aşıb. Akademiyanın həyətinə giriş bağlanıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibəyliakademiyaya gəlsə də içəri daxil ola bilməyib və alternativ girişə yönləndirilib.

Hazırda ağacın doğranması və ərazinin təmizlənməsi işləri aparılır.

AMEA-da aşan ağac girişi bağladı: İsa Həbibbəyli binaya daxil ola bilmədi — FOTO

NE
Nihadə Eyyubova