İkt Özəl

Bu servisə qoşulmuş saytlar daha təhlükəsiz fəaliyyət göstərir — AÇIQLAMA

Bu servisə qoşulmuş saytlar daha təhlükəsiz fəaliyyət göstərir — AÇIQLAMA

"Zaman-zaman saytlara giriş zamanı yaranan problemlər CloudFlare servisinə qoşulma ilə bağlıdır. Bu servisə qoşulmaq məcburi deyil, könüllü xarakter daşıyır. Sadəcə, qoşulan saytlar daha sürətli, optimizə olunmuş və təhlükəsiz fəaliyyət göstərə bilir. Qeyd etmək lazımdır ki, bu servis dünya üzrə 20%-dən çox internet trafikinə xidmət edir və geniş istifadə olunur".

Bunu Demokrat.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Miralıyev deyib.

Onun sözlərinə görə, burada kritik infrastrukturun qoşulmasından söhbət gedə bilməz:

"Bu, yalnız könüllü əsasda baş verir və adətən əyləncə, xəbər və ya xidmət sektorunda fəaliyyət göstərən müstəqil platformaları əhatə edir. Dövlət saytlarının bu cür xidmətlərə qoşulması mümkün deyil, çünki bu, müvafiq təlimatlara ziddir. Hətta özəl sektor üçün də qoşulma məcburi deyil, bəzi saytlar müstəqil şəkildə fəaliyyət göstərir və bu servislərə ehtiyac duymur".

Ekspert bildirib ki, istənilən servis üçün alternativlər olsa belə, texniki nasazlıqlar zaman-zaman baş verə bilər:

"Heç bir sistem belə hallardan tam sığortalanmayıb. İstər Azərbaycanda, istərsə də dünyanın digər ölkələrində. Bu, texnologiyanın təbiətindən irəli gəlir".

Əfsanə Kamal Demokrat.az

D
demokrat.az