Gündəm Özəl

Əmək pensiyasının təyin edilməsi qaydası dəyişdi: Hansı risklər yaranır?

Əmək pensiyasının təyin edilməsi qaydası dəyişdi: Hansı risklər yaranır?

"Yeni təsdiq edilən qaydalar pensiyaya güzəştli şərtlərlə çıxan sosial qrupların əhatə dairəsini genişləndirmir. Burada əsas məqsəd prosedurların sadələşdirilməsi və sistemin əlçatanlığının artırılmasıdır".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

O, bildirib ki, eyni zamanda, hüquqların təmin olunması ilə bağlı mövcud problemlərin həlli nəzərdə tutulur:

"Məsələn, bəzi müəssisələr fəaliyyətini dayandırıb vətəndaşlar həmin müəssisələrdən arayış ala bilmirlər. Bu isə ağır əmək şəraitində işlədiklərini sübut etməyə və güzəştli pensiya hüququ əldə etməyə mane olur. Bu baxımdan alternativ yollar təklif olunur. Həmçinin əmək kitabçası və pensiya sistemindəki əmək müqavilələrində əks olunmuş məlumatlar əsasında güzəştli dövrlərin hesablanması qanunvericiliyə və normativ hüquqi aktlara daxil edilib".

Ekspert qeyd edib ki, bu dəyişikliklər geniş sosial qrupları əhatə etmir:

"Pensiyanın hesablanma forması, kapital əsasında hesablanma, daha çox pensiya hüququ və ya daha yüksək məbləğ yaratdığı halda üstün tutulur. Bu dəyişikliklər Azərbaycan pensiya sistemində ciddi maliyyə-hüquqi yük yaratmayacaq. Dövlət büdcəsinə birbaşa təsiri olmayacaq, çünki xərclər əsasən büdcədən maliyyələşdirilmir. Bəzi hallarda çatışmazlıqlar transferlər hesabına ödənilə bilər, amma geniş sosial qruplar nəzərdə tutulmadığı üçün ciddi maliyyə yükü gözlənilmir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova