"Qanun üzrə miras məsələsində vəsiyyət qoyulmamış şəxslərin əmlakı qanun üzrə bölünür. Bu halda mirasın bölünməsi növbə ilə həyata keçirilir. Birinci növbədə ölənin valideynləri, övladları və əgər kişi olubsa, həyat yoldaşı mirasa sahib olur. Onlar mövcuddursa, miras onlara keçir, ikinci növbəli vərəsələr isə yalnız birinci növbə yoxdursa əmlakdan pay alırlar".
Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O, bildirib ki, ikinci növbəli vərəsələr əmi, xala, bibi, nənə, baba və digər yaxın qohumlar hesab olunur:
"Lakin qanunda bir vacib məqam var ki, ölənin övladı olubsa və ölən zaman övladı sağ deyilsə, onun miras payı övladının övladlarına keçə bilər. Məsələn, ölənin iki övladı olub və ölümdən əvvəl valideynləri və həyat yoldaşı yoxdursa, miras birinci növbədə övladlar arasında bölünür. Əgər oğlun da öz övladları varsa, onun miras payı övladlarına ötürülür. Bu halda hər bir övlad öz payını alır. Məsələn, 50% oğluna, 50% qızına, oğlun payı isə öz övladlarına bölünür".
Vəkil bildirib ki, məhkəmələr bu qaydaları tətbiq edir və müxtəlif ölkələrdə mirasın bölünməsi fərqli ola bilər:
"Bəzi ölkələrdə valideynlər və ya həyat yoldaşı birinci növbəyə daxil edilmir, amma Azərbaycanda qanun buna uyğun olaraq övladları, valideynləri və həyat yoldaşını birinci növbə hesab edir".
Əfsanə Kamal Demokrat.az


