“Uşaqların televiziyada və mediada izlədiyi proqramlar onların tərbiyəsinə təsir göstərir. Sadəcə baxmasınlar demək problemi həll etmir”.
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Elmar Həsənov deyib.
O diqqətə çatdırıb ki, uşaqlar təkcə televiziyaya yox, internetə və sosial şəbəkələrə də baxırlar: “Ona görə məsələ yalnız fərdi seçim deyil. Media cəmiyyət üzərində böyük təsir göstərir. Yayımlanan proqramlar insanların davranış və dəyərlərini formalaşdırır. Media qurumları uşaqlar üçün uyğun olmayan proqramları yayımlamamalıdır. Dövlət orqanları da mediaya nəzarət etməli və standartları qorumağa çalışmalıdır. Valideynlər də uşağın nə izlədiyini bilməli və onları düzgün yönləndirməlidir. Uşaqların baxdıqları məzmunu izah etmək və bəzən birlikdə izləmək faydalıdır. Bu, uşağın tərbiyəsinə dəstək olur. Beləliklə, məsələ təkcə fərdi seçim deyil. Burada həm ailə, həm media, həm də dövlət birgə məsuliyyət daşıyır. Uşaqların sağlam böyüməsi üçün bütün tərəflərin əməkdaşlığı vacibdir”.
Leyla Turan Demokrat.az


