Gündəm

MSK-dan etiraz: “Bəzi bloqerlər seçki prosesinə mane olurlar”

MSK-dan etiraz: “Bəzi bloqerlər seçki prosesinə mane olurlar”

Bəzi bloqerlər seçki məntəqələrində narazılıq yaradır, məntəqə əməkdaşlarının işinə müdaxilə edirlər.

Demokrat.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

M.Rəhimovun sözlərinə görə, hətta seçki məntəqələrinin birində seçici ilə bloqer arasında narazılıq yaranıb, seçici bloqerin onu çəkməsinə etiraz edib:

“Bəzən bloqerlər seçki prosesinə mane olurlar, məntəqələrin işinə yersiz müdaxilə edirlər”.

MSK rəsmisi əlavə edib ki, ümumilikdə bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər aktivlik var: “Əvvəlki seçkilərlə müqayisədə namizədlərin sayında və siyasi partiyaların iştirakında da aktivlik müşahidə olunur”.

Demokrat.az

D
demokrat.az