Dünya Özəl

ChatGPT istifadəçilərdən pasportlarını tələb edəcək

ChatGPT istifadəçilərdən pasportlarını tələb edəcək

"ChatGPT" istifadəçinin 18 yaşdan kiçik olduğunu düşündükdə pasportla şəxsiyyət təsdiqi istəyəcək. Bəzi hallarda bu tələb yetkin istifadəçilərə də göstəriləcək.

Demokrat.az xəbər verir ki, "OpenAI"dən verilən açıqlamaya görə funksiya hazırda sınaq mərhələsindədir və əsas məqsəd azyaşlıları uyğun olmayan məzmundan qorumaqdır. Şirkət pasport məlumatlarının yalnız yaşın təsdiqi üçün və şifrələnmiş şəkildə emal edildiyini vurğulayır.

Bəziləri bunu təhlükəsizlik addımı kimi dəstəkləyir, digərləri mexanizmin səhvlərə yol açdığını bildirir. "OpenAI" funksiyanı istifadəçi rəyləri əsasında təkmilləşdirməyi planlaşdırır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova