Dünya Özəl

Trampın tutduğu bu yol münaqişənin həllinə aparmır — AÇIQLAMA

Trampın tutduğu bu yol münaqişənin həllinə aparmır — AÇIQLAMA

"ABŞ-nin Ukrayna müharibəsini bitirmək niyyəti ciddi və səmimi ola bilər, ancaq təssüf ki, tutulan yol münaqişənin həllinə aparmır. Hər bir münaqişənin özünün bitirlmə üsulu, məntiqi və texnologiyası var. O cümlədən də Ukraynanın təcavüzə məruz qaldığı və ərazi bütövlüyünün pozulduğu nəzərə alınsa, bu münaqişənin birdəfəlik dayandırılmasının yeganə həll yolu Ukrayna torpaqlarının işğaldan azad olunmasıdır".

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O bildirib ki, ABŞ-nin mayda təklif etdiyi 12 maddəlik plan, indi təklif edilən 28 maddəlik plan Ukraynanın suveren dövlət olaraq hüquqlarının bərpasına xidmət etmir:

"Trampın hazırda etdiyi təklif nə olursa olsun Rusiya ilə razılaşmaq və müharibəni müəyyən müddətə dayandırmaq məqsədi güdür ki, bu da münaqişəni həmişəlik həll edə bilməz. Hiss olunur ki, Tramp hakimiyyətə gələndə müharibənin həllinə necə yanaşırdısa, bu gün də elə yanaşır".

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova