Gündəm Özəl

Türkiyə təyyarəsi vurulub? — Generaldan AÇIQLAMA

Türkiyə təyyarəsi vurulub? — Generaldan AÇIQLAMA

"C130" tipli təyyarə dünyanın 60-70 ölkəsində istifadə edilən hərbi təyyarədir. Uzun illərdir Türkiyə Silahlı Qüvvələrində istifadə edilir, ilk dəfədir ki, belə qəza olur. Təyyarə ötən əsrin 60-cı illərində ABŞ-də istehsal edilib”.

Bunu Demokrat.az-a açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, keçmiş deputat Kürşat Atılgan deyib. O bildirib ki, qəzanın hansı səbəbdən baş verməsi qara qutunun araşdırılmasından sonra məlum olacaq:

Türkiyə təyyarəsi vurulub? — Generaldan AÇIQLAMA

"Hazırda verəcəyimiz bütün rəylər təxmindən o yana keçə bilməyəcək. Araşdırılacaq, nəticələr bütün dünyaya açıqlanacaq.Təyyarənin quyruq tərəfində bir hissə var, o hissədə problem olduğu zaman təyyarə dönə-dönə yerə düşür. Bundan başqa ehtimallar da gözardı edilməməlidir təbii ki. O ehtimallar da araşdırılacaq. Bu təyyarəyə aşağıdan müdaxilə edilməsi ehtimalı yoxdur. Çünki hərbi təyyarələr uçuş etdiyi zaman həmin ölkələrin müdafiə nazirliklərinə məlumat verilir, bu uçuşlar icazələrlə həyata keçirilir”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova