“Azərbaycan özünü KTMT-nin düşməni elan etməyib, ona görə də KTMT çərçivəsində Azərbaycana qarşı təzyiq tələb etməyə nail olmaq mümkün olmur”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Modest Kolerov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışarkən deyib.
Jurnalistlərin “KTMT Təhlükəsizlik Şurasının Bişkekdə keçirilən iclasında Paşinyan KTMT üzrə tərəfdaşlarını Azərbaycana silah satmamağa çağırması və bunun təsiri nə olacaq”, deyə sualına cavab olaraq Kolerov bildirib ki, Lavrov və Kosaçyov tərəfindən rəsmi cavablar artıq verilib.
“Onlar Rusiyanın tarazlığı qorumaqda maraqlı olduğunu qeyd ediblər. Azərbaycan özünü KTMT-nin düşməni elan etməyib, ona görə də KTMT çərçivəsində Azərbaycana qarşı təzyiq tələb etməyə nail olmaq mümkün olmur. Bundan əlavə, Ermənistan KTMT üzvü olaraq, tərəfdaşlarından lazım gələrsə hərbi yardım istəmək hüququna malikdir. Məsələn, “İcevanda və ya Naxçıvanda atəş açırlar, kömək edin” deyə bilər.
Ermənistan müraciət edib? Yox, bu heç bir təcavüzün olmadığını, əgər müraciət etməyibsə, təcavüzün qurbanı olmadığını göstərir. Əgər təcavüzün qurbanı deyilsə, demək silah satmamağı da tələb edə bilməz. Atışmaların olduğunu, atəş edənlərin olduğunu biliriksə, təcavüz qurbanı olmasına nə mane olur? Niyə bunu təcavüz adlandırmırsınz? Buyurun, xahiş edirəm bu gün təcavüz adlandırın, sabah hərbi dəstək istəyin. Bunu etməyə kim mane olur?
Bundan sonra hərbi dəstək tələb etdikdə, əlbəttə ki, Ermənistanın “biz dəstək xahiş etmişik, siz isə silah satırsınız” söyləmək hüququ olacaq. İndiki kimi olan halda isə bir az qəribə çıxır”, - deyə rusiyalı politoloq bildirib.


