Hadisə

Əhmədlidə torpaq sürüşdü — Monitorinq aparılır

Əhmədlidə torpaq sürüşdü — Monitorinq aparılır

Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədir.

Bu barədə Demokrat.az-a Geoloji Kəşfiyyat Agentliyindən məlumat verilib.

Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.

D
demokrat.az