Dünya

Türkiyədə 4,9 bal gücündə zəlzələ oldu

Türkiyədə 4,9 bal gücündə zəlzələ oldu

Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ olub.

Bu barədə Demokrat.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 21:20-də alınıb.

Zəlzələ ocağı 8,5 km. dərinlikdə yerləşib.

Yeraltı təkanlar ətraf vilayətlərdə hiss olunub.

Bu, Balıkesir vilayətində son 4 gündə qeydə alınan 3-cü zəlzələdir.

Daha əvvəl Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) vilayətdə 4,5 maqnitudada zəlzələnin baş verdiyini bildirib.

D
demokrat.az