Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 09.11.2025-ci il tarixində saat 20:00 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 6 nəfər (4 kişi, 2 qadın) hospitalizasiya olunub.
TƏBİB-dən Demokrat.az-a verilən məlumata görə, müxtəlif bədən xəsarəti alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müayinəsi və maalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.


