Sosial

Dəbdəbəli toy karvanının icra başçısının oğluna aid olmadığı üzə çıxdı

Dəbdəbəli toy karvanının icra başçısının oğluna aid olmadığı üzə çıxdı

Bəzi saytlarda Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadənin oğlunu bu günlərdə evləndirdiyi və dəbdəbəli toy karvanı təşkil etdiyi barədə xəbərlər yayılıb.

Demokrat.az xəbər portalında da həmin xəbərə istinadən edilmiş material verilmişdir. Saytımızın apardığı araşdırmalar nəticəsində sosial şəbəkələr vasitəsilə yayılmış və bəzi saytlarda yer alan həmin toy karvanının Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadənin oğluna aid olmadığı müəyyənləşdirilmişdir. Apardığımız araşdırmaya əsasən, icra başçısının oğlunun toyunun 2005-ci ilə təsadüf etdiyi bəlli olmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Demokrat.az xəbər portalı olaraq yayılan məlumatlara görə oxucularımızdan və aidiyyat şəxslərdən üzr istəyirik.

Demokrat.az

D
demokrat.az