İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyutaalqı-satqısıilə gəlir əldə etmək istəyən,üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun cinayət işiüzrə məhkəmənin növbəti iclası olub.
Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim AytənƏliyevanın sədrlik etdiyi prosesdə hökm elan edilib.
Hökmən əsasən, o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokurortəqsirləndirlilənşəxsin 12 il müddətinə azadlıqdan məhrumedilməsini, cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsindəçəkilməsini təklif edib.
İttihama görə, Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, ZeynalUsubovun945 min, Yadigarİsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyanümumilikdə 2 milyon 445 min dollardır.
Bu cinayətinüstü Daxiliİşlər Nazirliyinin (DİN)KibercinayətkarlıqlaMübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunuələ keçirən Nizami Alışan cinayət məsuliyyətinə cəlb edilib.İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Nizami Alışanlaüzləşdirilib,əməliniüzünə deyərək onu ifşa ediblər.
Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-ninsabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. ZeynalUsubovəvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluqorqanlarındanxaric edilib.
Ötən ilin yayında ZeynalUsubovunBakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı.Z.Usubovməsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.
Nizami AlışanAzTV-ninkeçmiş sədri ArifAlışanovunqardaşı oğludur. Onun 4 iləvvəl vəfat etmiş atası AkifAlışanovda yüksək vəzifələrdəçalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizəİdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlikşöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənniElarizMəmmədoğludur. O, 2014-cü ildəmüğənininqızı Günellə evlənib.
Fariz Məlikli Demokrat.az


