ANS Şirkətlər Qrupunun prezidenti, tanınmış rejissor Vahid Mustafayev 1973-cü ildə çəkilmiş "Nəsimi" filmini tam bərpa etdirib.
Demokrat.az xəbər verir ki, Azərbaycanın Mədəniyyət Nazirliyi, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun sifarişi və maliyyə dəstəyi ilə bu il “Balans Studiyası”nda tam bərpa edilən “Nəsimi” filmi Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama töhvə kimi qiymətləndirilir.
Tam bərpa edilmiş filmin nümayişi dekabrın 20-də saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.



