Sosial Özəl

Metroda yenilik: Bu üsulla ödəniş etmək mümkün olacaq

Metroda yenilik: Bu üsulla ödəniş etmək mümkün olacaq

"Bakı Metropoliteninin təmassız ödəniş sisteminə keçidi əslində çoxdan gözlənilən qərar idi. Bu barədə anons təxminən bir il əvvəl verilmişdi və o zaman bildirildi ki, bank kartları ilə ödəniş sisteminin tətbiqi üçün texniki hazırlıqlar aparılır".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Metroda yenilik: Bu üsulla ödəniş etmək mümkün olacaq

O, bildirib ki, prosesin məqsədi sərnişinlərin daha rahat və sürətli şəkildə metrodan istifadə etməsini təmin etməkdir:

"Artıq test mərhələsi yekunlaşmaq üzrədir və bu sistemin kütləvi istifadəyə verilməsi yaxın zamanda gözlənilir. Gələcəkdə təmassız ödəniş sistemi təkcə metroda deyil, digər nəqliyyat növlərində, məsələn, avtobus və dəmir yolu daşımalarında da tətbiq oluna bilər. Bu isə vahid ödəniş sisteminə keçid istiqamətində mühüm addım hesab olunur".

Əfsanə Kamal Demokrat.az

D
demokrat.az