Sosial

30-dan çox şəxsə orqan köçürülüb, 1021 nəfər növbədədir — RƏSMİ

30-dan çox şəxsə orqan köçürülüb, 1021 nəfər növbədədir — RƏSMİ

2025-ci ilin fevral ayından etibarən 30-dan çox şəxsə orqan köçürülüb.

Demokrat.az xəbər verir ki, bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin rəhbəri Yeganə Abbasova jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, müxtəlif orqanların çatışmazlığından əziyyət çəkən 1021 nəfər hazırda növbədədir.

Yeganə Abbasova xatırladıb ki, 2025-ci ildə ölkəmizdə ilk dəfə meyit donordan orqan köçürülməsi uğurla baş tutub.

NE
Nihadə Eyyubova