Sosial

Növbəti vətəndaş qəbulu Sabirabadda olacaq

Növbəti vətəndaş qəbulu Sabirabadda olacaq

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov Sabirabad rayonunda vətəndaş qəbulu keçirəcək.

Demokrat.az xəbər verir ki, qəbul oktyabrın 23-ü saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

Görüş zamanı Sabirabad, Saatlı və İmişli rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050-845-72-19; 070-347-95-47) müraciət edə bilərlər.

NE
Nihadə Eyyubova