Hadisə

Gəncədə yaşayış binasında yanğın baş verdi

Gəncədə yaşayış binasında yanğın baş verdi

Gəncə şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 110 m² olan kafenin mətbəxində lambirindən ibarət tavan 10 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Demokrat.az

D
demokrat.az