Şou-biznes

"Həmin tarixdə toya getmirəm, ən pis günümdür"

Həmin tarixdə toya getmirəm, ən pis günümdür

"İki yaşımda atam dünyasını dəyişib, məni anam böyüdüb. 4-5 yaşıma kimi elə bilirdim ki, ata və ana eyni insandır".

Axşam.az xəbər verir ki, bu sözləri "Günə uğurla" verilişindəmüğənni Əlikram Bayramov deyib. O, anasının vəfat etdiyi tarixdə toylara getmədiyini bildirib:

"Dünyada varlığımı itirmişəm. Həyatımın ən dəhşətli anları idi. 40 gün özümə gəlməmişəm, depressiyaya, xəstəxanalara düşmüşəm. Həyatda yaşadığım ən bədbəxt hadisə, anamı itirdiyim gündür. Ən sarsıldığım gündür. Dekabrın 5-ni ən pis günüm kimi qeyd edirəm. Həmin günü toya da getmirəm".

NE
Nihadə Eyyubova