Şou-biznes

"Oğlanlar buna görə evlənməyə qız tapmır"

Oğlanlar buna görə evlənməyə qız tapmır

"Çox hallarda oğlanlaryaxşı qız, qızlar isə deyirlər ki, yaxşı oğlan tapılmır. Maraqlıdır ki, yaxşı oğlanvə qızlarımız da var. Amma axtarışlar harada gedir, baxbu böyük bir sualdır".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova"Xəbər-ertəsi" proqramında deyib. Aytən anaların oğullarının ailə qurmasına mane olduğunu bildirib:

"Oğlanlar bilirsiniz niyə qız tapa bilmir? Anası burun büzür, deyir ki, "Bizə gəlin bu olacaq?". Baxırsan ki, oğlan artıq gəlib baba yaşına çatıb. Ona görə də övladların özünə seçim vermək lazımdır. Bəzən baxırsan ki, elə bil gəlini bütün ailə üçün gətirirlər. Sanki bütün ailəqızla evlənir".

NE
Nihadə Eyyubova