Hadisə

28 yaşlı oğlan boğulub öldü - Daha bir dəm qazı faciəsi

28 yaşlı oğlan boğulub öldü - Daha bir dəm qazı faciəsi

Bakıda 28 yaşlı oğlan dəm qazından ölüb.

Demokrat.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Bəhlulzadə küçəsində yerləşən fərdi evdə qeydə alınıb.

Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nurlan Dadaşov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. (bakupost)

demokrat.az

D
demokrat.az