Dünya

İndi də futbolun adını dəyişmək istəyir

İndi də futbolun adını dəyişmək istəyir

ABŞ Prezidenti Donald Tramp ölkəsində futbolu ifadə etmək üçün istifadə olunan sözü dəyişdirmək haqqında fərman imzalaya bilər.

Demokrat.az xəbər verir ki, o bu barədə DAZN telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, biz bunu edə bilərik”, - deyə Tramp idman növünün adının dəyişdirilməsi ilə bağlı suala cavab verib.

Qeyd edək ki, əksər ingilisdilli ölkələrdə futbol “football” sözü ilə ifadə olunur. ABŞ-də isə bu idman növünün ingilis dilində rəsmi adı “soccer”dir.

NE
Nihadə Eyyubova