Gündəm

Pul üçün Rus ordusuna yazılan azərbaycanlı Əliquliyev peşmandır: "Prezidentə deyin, məni qurtarsın"

Pul üçün Rus ordusuna yazılan azərbaycanlı Əliquliyev peşmandır: Prezidentə deyin, məni qurtarsın

Goranboy rayon sakini Şəhruz Əliquliyev İsrail oğlu Rusiyadan Azərbaycan dövlətinə müraciət edib.

Musavat.com onun sosial şəbəkələrdə yayılan videomüraciətinə əsasən xəbər verir ki, Ş.Əliquliyev Sankt-Peterburqda pul müqabilində Rusiya Ordusuna cəlb olunub, hazırda Kamenka şəhərindəki hərbi poliqondadır.

Azərbaycan vətəndaşı pula aldandığını, laki səhvini anladığını bildirərək Azərbaycan dövlətinin başçısından onun Vətənə qaytarılmasına yardım etməsini xahiş edir.

NE
Nihadə Eyyubova